Riyaziyyatı aciz qoyan sual: Sonsuzluq nədir? | Elmi cavab (VIDEO)

      Riyaziyyatı aciz qoyan sual:    Sonsuzluq nədir?    | Elmi cavab (VIDEO)
  15 May 2024    Oxunub:2990
Elmdə ən maraqlı və idrakı çətin olan mövzulardan biri sonsuzluqdur. Bu istiqamətdə çalışan alimlərin heç biri ağlı rahatladan cavablar əldə edə bilməyib. Sonsuzluqla bağlı paradokslar onu dəqiq elm olan Riyaziyyatdan uzaqlaşdıraraq, daha çox fəlsəfi mövzuya çevirir.
Sonsuzluq həqiqətən də varmı, yoxsa o, sadəcə riyazi modeldir? Həqiqətən varsa, reallıqda sonsuzluq nə deməkdir? Kainatın sonsuz olmasını necə başa düşməliyik? Yox, əgər sonsuz deyilsə, Kainatın sonu necə təsəvvür oluna bilər?

Riyaziyyatçı, Bakı Mühəndislik Akademiyasının müəllimi Bəhmən Məmmədovla (Qüdsi) söhbətimizin ikinci hissəsində əsasən bu suallardan danışmışdıq.
Söhbətin birinci hissəsinə buradan qulaq asa bilərsiniz.



Vüsal Məmmədov
AzVision.az


Teqlər:   Elm   Elmi-cavab   Riyaziyyat   Sonsuzluq  





Xəbər lenti